Home Hadisə Bakı şəhərində məktəbdə yanğın olub

Bakı şəhərində məktəbdə yanğın olub

1025
0

Bakı şəhərində məktəbdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Previous articleVəziyyətə yerli orqanlar nəzarət edir – Tokayev
Next articleNeft kəskin bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here