Home Təhsil Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin nəzərinə!

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin nəzərinə!

1423
0

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.

Sosialxəbər.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.

Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlərin eyni zamanda müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaqdır.

Previous articleİlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb
Next articleZaqatalada körpələr evi-uşaq bağçası yanır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here