Home Qarabağ Azərbaycan ssenarisi Ukraynada… – Kortunov

Azərbaycan ssenarisi Ukraynada… – Kortunov

317
0

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil.

Sosialxəbər.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov.

“Rusiya tərəfinin məqsədi Qərb vasitəsilə Kiyevə siqnal göndərməkdir. Əgər Kiyev Donbasdakı vəziyyəti güc yolu ilə həll etməyə çalışarsa, o zaman 2008-ci ildə Saakaşvilinin aqibəti ilə üzləşəcək. Putin gözləyir ki, Bayden Zelenskiyə onun Donbasdakı vəziyyəti güc yolu ilə həll edəcəyi təqdirdə Qərbdən heç bir dəstək olmayacağını izah etsin”, – deyə o bildirib.

Onun fikrincə, bu cür siqnallar Donbasın hərbi yolla həllini müdafiə edən siyasətçilər və hərbçilər üçün çəkindirici vasitə ola bilər:

“Düşünürəm ki, Bayden də Ukraynaya belə bir siqnal göndərməkdə maraqlıdır, çünki ABŞ Ukrayna uğrunda döyüşmək fikrində deyil, ümumiyyətlə, NATO-ya üzv olan digər ölkələr də həmçinin. Burada heç kim Gürcüstan ssenarisinin təkrarlanmasını istəmir, hamı başa düşür ki, burada Azərbaycan ssenarisinin təkrarı baş verməyəcək, çünki Rusiya Donbasda çoxlu Rusiya vətəndaşının olduğunu nəzərə alaraq müdaxilə etmək məcburiyyətində qalacaq”.

Previous articleBu maşınlar vergidən azad edildi: Bazara təsiri… – Şərh
Next articleBu dəfə imtahan çörəklə, unla olacaq?..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here