Home DİN Daha 2 korona xəstəsinə cinayət işi açıldı

Daha 2 korona xəstəsinə cinayət işi açıldı

167
0

Yanvarın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Previous articleHörmətli deputatlar, parlament tərif yeri deyil…
Next articleBu maşınlar vergidən azad edildi: Bazara təsiri… – Şərh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here