Home Hadisə Zaqatalada təsərrüfatları yandıran şəxs saxlanıldı

Zaqatalada təsərrüfatları yandıran şəxs saxlanıldı

1198
0

Zaqatalada yardımçı təsərrüfatları yandıran şəxs saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri – İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib. Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılıb və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Previous articleÖlüm hökmü bərpa oluna bilər? – Müzakirə
Next articleYeganə qardaşı I, yeganə oğlu II savaşda şəhid oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here