Home Qarabağ Yeganə qardaşı I, yeganə oğlu II savaşda şəhid oldu

Yeganə qardaşı I, yeganə oğlu II savaşda şəhid oldu

424
0

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsində yeganə qardaşı (Müzəffər İmanov), II Qarabağ müharibəsində yeganə övladı (Emil Əmirov) şəhid olmuş Mingəçevir şəhər sakini Xanımnaz İmanova ilə görüşüb.

Sosialxəbər.az xəbər verir ki, şəhid anası oğlu və qardaşı haqda danışıb, onların döyüş yolu barədə məlumat verib.

Komitə sədri qələbəmizə görə ilk növbədə şəhidlərə borclu olduğumuzu deyib və şəhid analarının hər bir azərbaycanlı üçün baş tacı olduğunu xatırladıb:

“Biz sizə çox minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik”.

Eçil Əmirovun Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildiyi də vurğulanıb.

Komitə sədri şəhid anasının qayğıları ilə maraqlanıb. Sonda ona Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Görüşdə “Nəfəs” İB-nin sədri F.Balakişiyeva da iştirak edib.

Previous articleZaqatalada təsərrüfatları yandıran şəxs saxlanıldı
Next articleAkarın mesajı: Laçın dəhlizi üzrə müzakirələr gedir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here