Home Qarabağ Ölüm hökmü bərpa oluna bilər? – Müzakirə

Ölüm hökmü bərpa oluna bilər? – Müzakirə

540
0

Rusiya ölkədə ölüm hökmünün bərpa oluna biləcəyi barədə xəbər yaydı. Hazırda dünyada ağır cinayətlərə görə İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan kimi bir çox ölkədə ölüm cəzası qalmaqdadır. ABŞ-ın bəzi ştatlarında da CM-də ölüm hökmü var. Rusiyada isə bir neçə gündür ölüm hökmünün bərpasının vacibliyi ilə bağlı Duma deputatları müzakirələr açıblar. Bildirilir ki, xüsusilə təhlükəli canilərə (əsasən pedofillərə qarşı – red.) ölüm hökmü tətbiq edilməlidir.

Azərbaycanda bu cəza 1998-ci ildə ləğv edilib. Lakin ölkəmizdə elə dəhştəli cinayətlər baş verir ki, ictimaiyyət onlara qarşı ölüm cəzasının bərpasını tələb edir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a danışan millət vəkili Fazil Mustafa da bildirib ki, ölüm hökmünün bərpası məsələsi ölkəmizdə nə vaxtsa müzakirəyə çıxarıla bilər:

“Bəzi dəhşətli cinayətlərə görə ölüm hökmünün bərpası məsələsini bir neçə dəfə gündəmə gətirmişik. Bu barədə təkliflər də səslənir. Lakin biz Avropa hüquq məkanının içindəyik, öhdəliyimiz var. İndiki məqamda bunun müzakirəyə çıxarılması aktual deyil. Nə vaxtsa hüquq məkanı ilə bağlı məsələdə hansısa problemlər yaranarsa, bu məsələyə müstəqil konteksdən yanaşmaq olar”.

Hüquqşünas İradə Cavadova isə bildirib ki, ağır cinayət törədən şəxslərə ən böyük cəza ömürlük həbsdir:

“Çünki onlar ömür boyu həmin damğa ilə yaşayırlar. Ömürlük həbsxanada onların vəziyyəti heç də yaxşı olmur. Tərtər hadisəsini yadımıza salsaq, köhnə qanunvericiliklə orada vətən xaini damğası vurulan insanlara ölüm cəzası tətbiq olunmalı idi. Amma bu gün onlar zərərçəkmiş şəxs qismində çıxış edirlər. Praktika göstərir ki, ölüm cəzası verilən şəxslər arasında illər sonra bəraət qazananlar da olub. Araşdırıldıqdan sonra onların günahsız olduğu üzə çıxıb. Bu baxımdan ölüm cəzasına qayıtmaq heç də yaxşı üsul deyil. Düşünmürəm ki, Azərbaycan nə zamansa bu cəzaya qayıda bilər. Ömürlük cəza ən doğru seçimdir”.

Sosioloq Ağasəlim Həsənov qeyd edib ki, əsas məsələ ölüm hökmünün bərpasından sonra ağır cinayətlərin azalıb-azalmayacağıdır:

“Əldə olunan nəticələr göstərir ki, ölüm hökmü heç də dəhşətli cinayətlərin sayını azaltmır. İstənilən halda bu cür ağır cinayətlər var. Hadisənin qarşısı cəzanın sərtləşdirilməsi ilə deyil, fərqli yollarla alınmalıdır. Əxlaqi, mənəvi tərbiyə, şəxsiyyətin sosiallaşması məsələsini həyata keçirməliyik. Bəzən insanlar ağır cinayəti haqlı olduqları halda da törədə bilirlər. Cinayətkarlığın hüquqi və sosioloji baxımdan təhlili var. Bəzən cinayətin əxlaqi baxımdan da öz izahı olur. Bu səbəbdən ölüm hökmünün bərpasını arzu etmirəm”.

Previous articleKimdir ananı danışdıran? Niyə Kərim Vəliyev?
Next articleZaqatalada təsərrüfatları yandıran şəxs saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here