Home Hadisə Ermənilər atəş açdı, “Azərsel” əməkdaşı yaralandı

Ermənilər atəş açdı, “Azərsel” əməkdaşı yaralandı

1300
0

Ermənilər Ağdamda xidməti vəzifəsini icra edən Azərsel Telekom MMC-nin əməkdaşını yaralayıb.

Sosialxəbər.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Məhəmməd oğlu Rəhimlinin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Azərsel Telekom MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Previous articleRus ekspert: Ermənistan türk vilayəti ola bilər
Next articleDYP yol hərəkəti iştirakçılarına müraciət etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here