Home DİN Daha 2 korona xəstəsinə cinayət işi açıldı

Daha 2 korona xəstəsinə cinayət işi açıldı

463
0

Dekabrın 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Sosialxəbər.az bildirir ki, DİN-dən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Previous articleDeputatın Ukraynada tikinti biznesi üzə çıxdı
Next articleABŞ Ermənistanda “demokratiya”ya 400 min ayırır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here