Home Sağlamlıq Vəziyyət pisləşərsə, Omikron ölkəmizdə yayılarsa… – Musayev

Vəziyyət pisləşərsə, Omikron ölkəmizdə yayılarsa… – Musayev

839
0

Son zamanlar gündəmdə olan COVİD-19 virusunun Omikron variantının 100-ə yaxın ölkədə yayılması geniş müzakirə olunur. Gündəlik olaraq toplanan test nümunələri seçmə üsulu üzrə laboratoriyada yoxlanılır.

Sosialxəbər.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bugünkü tarixədək ölkədə Omikron variantına yoluxma qeydə alınmayıb:

“Bugünkü göstəricilərə görə görülən düzgün tədbirlər, vaksinasiyaya borcluyuq. Vətəndaşlara vaksinasiya kampaniyasına qoşulduqları üçün təşəkkür edirəm.

Azərbaycanla həmsərhəd ölkələrdə Omikron ştammı yayılıb və bu variantın ölkəmizdə yayılması istisna deyil. Vəziyyət pisləşərsə, ştamm ölkəmizdə yayılarsa, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər görüləcək”.

Previous articleBakıda eşidilən partlayış səsinin səbəbi məlum oldu
Next articleKorona əleyhinə dərmanlar peyvəndi əvəz edəcək?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here