Home Dünya Putin də Piterə gedir: MDB-dən hansı liderlər olacaq?

Putin də Piterə gedir: MDB-dən hansı liderlər olacaq?

116
0

MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiya lideri Vladimir Putin bu gün Sankt-Peterburqa gedəcək.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.

Qeyri-rəsmi görüşün təşəbbüskarı da Putindir. Görüşdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan liderlərinin, həmçinin Qazaxıstanın birinci prezidenti, Elbaşı Nursultan Nazarbayevin iştirak edəcəyi gözlənilir.

Görüşün önəmi həm də MDB-nin yaradılmasının dekabrda 30 illiyinin tamam olması ilə bağlıdır.

Ümumi görüşlərdən əlavə ikitərəfli görüşlərin də olacağı bildirilir. Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşəcəyini qeyd edib. “İkitərəfli görüşlə bağlı hələlik qərar yoxdur, ancaq qeyri-rəsmi görüş yəqin ki, olacaq”, – Paşinyan bildirib.

Previous articleMM-də media müzakirəsi başladı
Next articleBakıda eşidilən partlayış səsinin səbəbi məlum oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here