Home DİN Maşınında pirotexniki vasitələr satan qadın saxlanıldı

Maşınında pirotexniki vasitələr satan qadın saxlanıldı

149
0

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə şəhər ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər sakini Vüsalə Adilova “bazar” adlanan ərazidə özünə məxsus “Şanqan” markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.

Şöbəyə dəvət edilən qadının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb.

V.Adilova barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

Previous articleXüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edildi
Next articleOğuzda qohumunun evini soyan şəxs saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here