Home Sağlamlıq Korona əleyhinə dərmanlar peyvəndi əvəz edəcək?

Korona əleyhinə dərmanlar peyvəndi əvəz edəcək?

793
0

COVID-19 əleyhinə müalicədə istifadə olunan dərmanların tədqiqatları başa çatdıqdan sonra ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Sosialxəbər.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Bəzi insanlar düşünürlər ki, o dərmanlar vaksinasiyanın yerini tutacaq. Bu, belə deyil. Virusun irəliləyiş fazası var. Dərmanlar virusun replikasiyasının qarşısını alır. Gecikmiş fazada xəstə insanlarda oksigen dəstəyindən istifadə olunur, stakin fırtınanın qarşısını alan dərmanlardan istifadə olunur. Hər iki qrup dərmanlar ölkəmizə gətirilir və aktiv olaraq xəstələrin müalicəsində istifadə olunur. Lakin yeni dərmanlar virusun ilk fazasında istifadə olunur və dəstəkləyici xarakter daşıyır”, – deyə o bildirib.

Previous articleVəziyyət pisləşərsə, Omikron ölkəmizdə yayılarsa… – Musayev
Next articleQHT bayram sevincini qazilərlə bölüşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here