Home DİN Yaşayış yerini tərk edən daha bir korona xəstəsi saxlanıldı

Yaşayış yerini tərk edən daha bir korona xəstəsi saxlanıldı

100
0

Sabirabad rayonu Suqovuşan kənd sakini Ruslan Sadıqova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, R.Sadıqov təyin olunan qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Previous articleƏrdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
Next articleRusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here