Home QHT Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edildi

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edildi

827
0

Dekabrın 24-də Oğuz və Qəbələ şəhərlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Tədbir “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə “Günərzi qayğı” mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində baş tutub.
Layihə rəhbəri İradə Polad uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. O, Prezident İlham Əliyevin yeniyetmə və gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. Qeyd edilib ki, ölkəmizin firavan və xoşbəxt gələcəyi naminə uşaq və yeniyetmələr təhsil almalı, ölkə rəhbərliyinin onlar üçün yaratdığı imkanlardan istifadə edərək daim irəli getməlidir. Layihə rəhbəri bir daha uşaqları təbrik edib, onlara uzun ömür, can sağlığı arzu edib.
Bayram şənliyində qonaq qismində Sosial Xidmətlər Ağentliyinin 11saylı filialının aparıcı mütəxəssisi Kərəmzadə Zeynəddin Dünyamalı oğlu, agentliyin psixoloqu İradə Cəbrayılova xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üzrə mütəxəssis Mübariz Orucov və başqaları iştirak edib.
Tədbirə layihəyə cəlb olunmuş uşaqlar, onların valideynləri, QHT nümayəndələri və jurnalistlər qatılıblar.
İradə Polad uşaqlara bayram hədiyyələri təqdim edib.
Daha sonra Yeni il bayramın ənənəvi personajları, Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə rəng qatıblar.
Tədbir musiqili-əyləncəli oyunlarla davam edib.

Previous articleTorpaqların azad edilməsində ən böyük xidmət onlarındır
Next articleMaşınında pirotexniki vasitələr satan qadın saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here