Home Hərbi Torpaqların azad edilməsində ən böyük xidmət onlarındır

Torpaqların azad edilməsində ən böyük xidmət onlarındır

1969
0

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi hazırda sürətlə davam edir. 2021-ci ilin yanvar ayından bu günə qədər bizim pirotexniki qruplarımız Ağdam və Füzuli rayonlarının böyük hissəsinin minalardan təmizlənməsində iştirak edib.

Sosialxəbər.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəis müavini general-mayor Məhərrəm Həsənov “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda jurnalistlər üçün keçirilən təlim zamanı deyib.

O bildirib ki, bu işlərin görülməsində bu sahədə ixtisaslı pirotexnik-istehkam qrupları çalışır:

“Onlar xüsusi kurslar keçiblər və beynəlxalq sertifikatlara sahibdirlər. Minatəmizləmə çox incə prosesdir və xüsusi diqqət tələb edir. Minatəmizləmə prosesinə eyni zamanda XRXX-nin kinoloji xidmətinin xüsusi təlim keçmiş itləri də cəlb olunub. Bizim azad olunmuş ərazilərdə bundan sonra da görəcəyimiz işlər çoxdur. Azərbaycan Ordusu dünyaya öz sözünü dedi. Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Torpaqlarımızın azad olunmasında ən böyük rolu şəhidlərimiz oynadı. Onların ruhları qarşısında baş əyirəm. Qəhrəman hərbçilərimizə də minnətdarlığımızı bildirirəm. Media nümayəndələrinin də burada rolu böyükdür. Jurnalistlər böyük fədakarlıqla işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işləri ilə məşğul olan insanları maarifləndirməlidirlər”.

Previous articleKomandolarımız Vətənə qayıtdı – Video
Next articleXüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here