Home QHT Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

726
0

Əliyev Malik Təvəkkül oğlu 26dekabr 1986-cı ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olub. İki bacının bir qardaşı idi. 1993 – cü ildə Naxçıvan şəhər 5 saylı məktəbin 1-ci sinifine gedib. Malik uşaqlıqdan ətrafındakı yaşıdlarından seçilib. Belə ki, uşaq yaşlarından şahmat, sərbəst güləş ilə məşğul olub. 2001-ci ildə Naxçıvanda Heyder Əliyev adına liseyə qebul olub. Liseydə oxuduğu illərdə öz nizam intizamı ilə seçilirdi. Liseyin rəisi general mayor Rasim Əliyevin göstərişi ilə Türkiyədə kursda olub. 2004 cu ildə liseyi əla qiymətlərlə bitirib. 2004 cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akedemiyasina qəbul olub. Akademiyada oxuduğu vaxtlarda şahmat və güləş yarışlarında həmişə birincilik qazanıb. 2008-ci ildə Akedemiyanı fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə təyinat ilə Xudat şəhərində sərhəd dəstəsində xidmətə başlayıb. Orda bölük komandiri vəzifəsində xidmət edib, mayor rütbəsinə qədər yüksəlib. Hərbiçi yoldaşları arasında “möhtəşəm zabit” adını qazanıb. Azərbaycanda keçirilən hərbiyə aid kurslarda iştirak edib. 2010-cu ildə Çində 6 aylıq kursda olub. 2011-ci ildə yene Çinə Azərbaycandan gedən kursantların komandiri kimi gedib. 2013-cü ildə Türkiyənin Ankara şəhərində kursda olub. 2015-ci ildə Xudatdan Horadiz şəhərinə ezam olunub. Komendaturada Qərargah reisi vəzifəsində xidmət edib. 2016-cı ildə Bakıda Heydər Əliyev adına Sərhəd qoşunlarının Akademiyasında bir illik qərargah rəisliyi kursu keçib. 2017 – ci ildə xidmət rəisinin göstərişi ilə Baş İdarədə xidmətə başlayıb. Aparatda yeni yaradılan Çevik hərəkət dəstəsinin komandiri olub. 2018 – ci ildə 2 – ci dəfə Türkiyəyə kursa gedib. 2019 – cu ildə Sərhəd qoşunlarının Mərdəkanda yerləşən 2021 saylı Xüsusi Təyinatlılarda komandirin 1-ci müavini vəzifəsində xidmət edib. 2020-ci ilin iyun ayında Azərbaycanda keçirilən təlimlərə rəhbərlik edirdi, təlim keçirdi. Sentyabrın 27-dən başlayan döyüşə rəhbərliyi özü edirdi. Fizuli, Cəbrayıl, Hadrut rayonlarının alınmasında böyük şücaət göstərmişdir. Oktyabrın 7 də böyük şücaət göstərərək 5 nəfərin həyatını yanan texnikadan qurtarıb. Oktyabrın 9 da öz komandiri Sultanov Vüsalın və 4 yaralının həyatını qurtarıb. Oktyabrın 13 – də Zəngilan ətrafında geden ağır döyüşlərdə 5 yaralının həyatını qurtararaq qəhrəmancasına Şəhid olmuşdur. Ölümündən sonra biz bilmişik ki, Malik dəfələrlə Kəlbəcərdə, Şuşada, Cəbrayılda və Zəngilanda kəşfiyyatda olub. Oktyabrın 15 də DSX hərbçilərinin iştirakı ilə Azərbaycan himninin sədaları altında yaylım atəşi ilə torpağa tapşırılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyev 2020 – ci il 12 dekabr tarixli sərəncamına əsasən Malik Əliyev ölümündən sonra “Vətən ugrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Prezidentin 2020 – ci il 24 dekabr tarixli sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Malik sağlığında 10 fəxri fərman və 8 medalla təltif olunub.
1.”Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi” (1919-2009)yubiley medalı 17.08.2009
2.”Hərbi xidmətdə fərqlənməyə görə” 3 – cü dərəcəli medal 17.08.2012
3.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013)yubiley medalı 29.12.2013
4.”Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) 03.12.2014
5.”Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medal 18.08.2015
6.”Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal 16.08.2018
7.”Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”yubiley medalı 14.08.2019
8.”Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medal 17.08.2020
Ailəli idi. 4 yaşlı qızı Duyğu Əliyeva bizlərə əmanət qaldı.

Qadınlar Şurasının sədri Nəcibə Ağamalıyeva

Previous articleŞabranda qanunsuz ov edənlər saxlanıldı
Next articleKapitan Şuşanın girişində yaralandı, “Bələdçi” gəldi…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here