Home Cəmiyyət Paytaxtda Şaxta baba və Qar qız hara yoxa çıxıb?

Paytaxtda Şaxta baba və Qar qız hara yoxa çıxıb?

351
0

Paytaxtda Yeni il hazırlıqları, demək olar, tamamlanıb. Şəhərin əksər yerlərində şam ağacları bəzədilib. Lakin Yeni ilin əsas simvollarından olan Şaxta baba və Qar qız nədənsə gözə dəymir. Bu isə ən çox balacaları məyus edir.

Sosialxəbər.az xəbər verir ki, Yeni il personajlarını canlandıran şəxslər artıq evlərdə və restoranlarda təşkil olunan şənliklərə üz tuturlar. Bunun səbəbi sözgüdən personajların parklardan yetəri qədər qazanc əldə edə bilməmələridir.

Bakı Şəhər İcra Hakimiyyətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Şaxta baba və Qar qız olmaq üçün BİH-də qeydiyyatdan keçmək lazımdır. Bunun üçün isə 60 manat məbləğində rüsum ödənilməlidir.

Qeyd edilib ki, hələ də Şaxta baba və Qar qız olmaq üçün BİH-yə müraciət edən olmayıb.

Previous articleRayonlar niyə özünü dolandıra bilmir? – Video
Next articleBakıda qanunsuz heyvan kəsiminin qarşısı alındı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here