Home DİN Mingəçevirdən Balakənə pirotexniki vasitələri satmağa gələn şəxslər saxlanılıb

Mingəçevirdən Balakənə pirotexniki vasitələri satmağa gələn şəxslər saxlanılıb

334
0

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində “Daewoo” markalı avtomobildə olan sürücü və sərnişinin gizli şəkildə mağazalara pirotexniki vasitələr satmaları barədə polis şöbəsinə məlumat daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxslər istifadələrində olan avtomobillə birgə saxlanılıb. Araşdırma zamanı onların Ağdam şəhər sakini Zeynalabdin Abbasov və Gəncə sakini Şahin Şahgəldiyev olduğu müəyyən edilib.

Avtomobilə keçirilən baxış zamanı isə külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb. Mingəçevir şəhərində yaşayan hər iki şəxs Balakənə bu məqsədlə gəldiklərini bildiriblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Previous articleXəzər dənizində zəlzələ olub
Next articleDövriyyəyə saxta pul buraxan kişi və sevgilisi saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here