Home DİN Dövriyyəyə saxta pul buraxan kişi və sevgilisi saxlanıldı

Dövriyyəyə saxta pul buraxan kişi və sevgilisi saxlanıldı

207
0

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.

İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.  

Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər. 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, eləcə də Mingəçevir ŞPŞ-nin (024) 275-26-04 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Previous articleMingəçevirdən Balakənə pirotexniki vasitələri satmağa gələn şəxslər saxlanılıb
Next articleBu il yalnız o “xalq artisti” adını aldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here