Home QHT QHT sədri prezidenti təbrik etdi

QHT sədri prezidenti təbrik etdi

375
0

60 yaşı Müzəffər Ali Baş Komandan kimi qeyd etmək də böyük xoşbəxtlikdir! Hər kəsin ömrünün müəyyən bir dövründə özünə hesabat verdiyi an olur, mən bu yaşımda nə etmişəm. Həyatının 20 ilini çiynini ağır bir yükün altına vermək, insanların həyatı ilə bağlı bütün məsuliyyəti daşımaq da hər kəsə nəsib olmur. Belə insanlar tarixin müəyyən dövründə yaddaşlara yazılır. 2003- cü ilin oktyabrı, Azərbaycanın həssas məqamlarından birində ölkəyə rəhbərlik etməyə başlayan İlham Əliyevin qarşısında torpaqların işğaldan azad edilməsi kimi böyük bir məsuliyyətli məsələ dururdu. Atası, ulu öndər Heydər Əliyevin Qarabağ məsələsində vəsiyyətini davam etdirmək üçün qarşıya qoyulan məqsədlərdən biri ordunun inkişaf etdirilməsi idi. Uzun yol gəldi, lakin şərəfli tarixlərə imza atdı, 2016- cı ilin apreli, 2020- ci ilin sentyabrına qədər çox işlərə nail oldu. Azərbaycan insanına bir qələbə sevinci yaşatdı. Xalqın qəlbində taxt qurdu. 24 dekabr tarixi onun doğum günüdür.Hər il bu tarixi qeyd edərkən mütləq o, Fərman və Sərəncamlar imzalayır. 2021- ci ilin 23 dekabrında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət ( yaralanma, travma, kontuziya)alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Prezident Fərmanı minlərlə insanın sevincinə səbəb oldu. Bu Fərman bir daha həssas qruplara qayğının və diqqətin nəticəsidir. Özü də hər doğum günündə mütləq Azərbaycan əsgərinin, xalqın yanında olur. Əsgər Ailələrinə Dəstək ictimai birliyi Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev Doğum Gününüzü təbrik edir! Azərbaycan naminə fəaliyyətinizdə uğurlar diləyirik! Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı

Previous articleİmaməli Rəhman İlham Əliyevə zəng etdi
Next articleBeynəlxalq əlaqələr üzrə İşçi qrupu yaradılması

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here