Home Cəmiyyət İmaməli Rəhman İlham Əliyevə zəng etdi

İmaməli Rəhman İlham Əliyevə zəng etdi

506
0

Dekabrın 24-də Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İmaməli Rəhman Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Previous articlePutin İlham Əliyevə zəng etdi
Next articleQHT sədri prezidenti təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here