Home Cəmiyyət Prezident Bisera Turkoviçi qəbul etdi

Prezident Bisera Turkoviçi qəbul etdi

256
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.

Sosialxəbər.az xəbər verir ki, qonaq Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şefik Caferoviçə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı bu yaxınlarda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçlə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə və Vətən müharibəsi dövründə ölkəmizə verdiyi dəstəyi bir daha yüksək qiymətləndirdi, bunu dostluq və tərəfdaşlıq əlaqələrinin mühüm göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın da Bosniya və Herseqovinanı dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərin, kəndlərin, tarixi və dini abidələrin darmadağın edildiyini bildirərək indi ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi geniş yenidənqurma və bərpa işlərdən danışdı.

Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və Xarici işlər naziri Bisera Turkoviç ölkəmizin əldə etdiyi böyük nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu qeyd etdi.

Previous articleErməni hərbçi: Kəlbəcəri yandırdıq, dağıtdıq… – Video
Next articleBəhreyn aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here