Home Qarabağ Əgər bu yeni bir erməni maskaradı olsa… – Mixaylov

Əgər bu yeni bir erməni maskaradı olsa… – Mixaylov

180
0

Bir-birinə rəqib olan tərəflər özlərini sivil hesab edirlərsə, bu halda İrəvan da Bakı kimi yalnız müsbət addımlar atmalıdır. Lakin Azərbaycan və onun lideri İlham Əliyevin hərbi əsirlərin qaytarılması da daxil olmaqla, dövlətlərarası münasibətlərin yaxşılaşdırması üçün maksimum səy göstərdiyi bir şəraitdə, Bakı 10 əsiri geri qaytardıqdan sonra belə İrəvan ona qarşı yenə də iddialar irəli sürüb. Bu tip addımlar bundan sonra da davam etsə, təəccüblənmərəm, çünki söhbət Ermənistandan gedir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib.

“İrəvanın bu əməlləri qonşularına müasir dünyada necə yaşamağı və hörmət qazanmaq üçün nə etmək lazım olduğunu əyani şəkildə sübüt edən Azərbaycanın imicini yaxşılaşdırır. İlham Əliyevin bu strateqiyası əsl lider keyfiyyətlərinin göstəricisidir – keçmiş yaralara baxmayaraq, ölkəsinin gələcəyini düşünmək, sülh içində yaşamaq, qonşuları ilə əməkdaşlıq etmək, aqressiv qonşuları isə yox etmək!

Bununla yanaşı, qeyd edim ki, Ermənistan rəhbərliyi son zamanlar Azərbaycana münasibətdə çox müsbət əhval-ruhiyyə nümayiş etdirməyə başlayıb. Əgər bu, növbəti yalan və yeni bir erməni maskaradı deyilsə, İrəvandan dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş cavab addımları gözləyəcəyik”, – deyə Mixaylov bildirib.

Previous articleBoşanmaların səbəblərindən biri sosial şəbəkələrdir – Deputat
Next articleBu, Qarabağda bərpa işlərini xeyli ləngidir – Baş nazir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here