Home Dünya Serj hücum əmri vermişdi, yüzlərlə adam ölə bilərdi – Arşakyan

Serj hücum əmri vermişdi, yüzlərlə adam ölə bilərdi – Arşakyan

243
0

Sərkisyan sonuncu çıxışı zamanı deyib ki, guya 2018-ci ildə meydanlara yığışmış minlərlə insanın qanını axıtmamaq üçün hakimiyyətdən gedib. Bu, ağ yalandır. Əmr verilmişdi, polis meydana girməli idi, orada yüzlərlə adam ölə bilərdi. Yalnız polis özü bu vəhşilikdə iştirak etməmək qərarına gəldi. Polis Sərkisyanın əmrlərinə tabe olmayıb, öz xalqının nümayəndələrinə qarşı getmədi. Bunu görən Serjə artistlik etmək qaldı: “Mən getdim ki, qan tökülməsin”.

Sosialxəbər.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Guya sən xalqını düşünürsən Serj? Xalqı düşünən adam 1 mart 2008-ci idə Köçəryanla birlikdə qırğın törədərdimi? Yoxsa 2008-ci ildəki erməni qanı 2018-ci ildəkindən fərqlənirdi? Hamının yadındadır siz necə yüzlərlə silahlı əsgər və polislərinizi meydanlara, erməni millətinin üstünə tökdünüz. İndi sənin “Mən getdim ki, qan tökülməsin” sözünə kimsə inanacaq?” – Arşakyan bildirib.

Previous articleBakıda XII sinifdə təhsil alan şagirdlərin sayı açıqlandı
Next articleRayon təhsil şöbələri ləğv edilməyib – Nazir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here