Home QHT İdarəetmə strukturunu təkmilləşdirmək üçün kiçik rayonlar ləğv edilməlidir

İdarəetmə strukturunu təkmilləşdirmək üçün kiçik rayonlar ləğv edilməlidir

317
0

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi kiçik rayonların ləğv edilməsini təklif edir.

Mənim qənaətimcə, gerçəkdən bu çox səmərəli təklifdir.
Onu qeyd etmək istərdim ki, ötən əsrin 90-cı illərindən başlayaraq idarəetmə strukturunun yumşaq desək yanlışlığı nəticəsində Azərbaycanda bir sıra yeni rayonlar yaradıldı.

Həmin dövrdən başlayaraq dövlət üçün əlavə yükə çevrilən belə rayonlarda yeni ştat vahidlərinin yaradılması yalnız bəzi məmurlar üçün faydalı oldu. Bakı şəhərinin qəsəbələrinin əhalisindən sayı az olan belə kiçik rayonlarda icra hakimiyyətlərinin formalaşması, dəbdəbəli binalar, bütün ştat vahidlərinin bərqərar olması yerli əhali və dövlət üçün əhəmiyyətli ola bilməz.

Bu gün Qobustan, Samux, Xızı və digər kiçik rayonların saxlanması yükündən dövlət azad olmalıdır. Bu rayonların birləşdirilməsi nəticəsində daha çevik, müasir dövrün tələblərinə cavab verən idarəetmə struktuları yaradılmalıdır. Bu qurumlarda dövlət tərbiyəsi olan, imanlı, intellektli insanlar çalışmalıdır. Yeni formalaşacaq bu qurumlar qanun aliliyini qorumaq şərtilə azad sahibkarlıq subyektlərinin inkişafını əsas istiqamət kimi müəyyən etməlidirlər. O zaman regional iqtisadiyyat inkişaf edər, dövlət əlavə yükdən azad olar və nəhayət əhalinin güzəranında əhəmiyyətli dəyişiklik baş verər.

Əkrəm Bəydəmirli

Previous articleİran xarici işlər naziri Azərbaycana gəlir
Next articleBaqdasaryan: Türkiyə İrəvana bu şərtləri diktə edəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here