Home Hadisə Bakı-Ələt yolundakı qəzada xəsarət alanların son vəziyyəti

Bakı-Ələt yolundakı qəzada xəsarət alanların son vəziyyəti

1437
0

Dünən axşam saatlarında Bakı-Ələt yolunda baş verən qəza nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərdən birinin vəziyyəti ağırdır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, yaralılardan 3 nəfər – 11 yaşlı Əli Əlili, 61 yaşlı Akifə Qəhrəmanova və 27 yaşlı Zabit Mərdanov mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

“Onlardan Əli Əlilinin xəsarətləri ağır olduğundan vəziyyəti kritikdir. Süni nəfəs aparatına qoşulub. Həkim müayinəsi zamanı ona kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub. Paralel olaraq ağciyərlərində də əzilmələr müşahidə edilir. Reanimasiya olan digər iki nəfərin də vəziyyəti də orta-ağır olaraq qalır”, – deyə mərkəz rəsmisi bildirib.

E.Hidayətoğlu bildirib ki, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əliyeva Samirə, 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar və 1971-ci il təvəllüdlü Əliyev Xaliqin müalicəsi palata şəraitində davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan Nigar Əliyeva, Təranə Məmmədova və Əfsanə Ağabəyova isə evə buraxılıb.

Qeyd edək ki, dünən axşam Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Previous articleİcra başçısı bu hərəkətinə görə tənqid olundu
Next articleAzərbaycan Ordusu yeni tırtıllı və xizəkli texnikalar alıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here