Home Cəmiyyət Narkotik çəkib maşın sürən daha 3 nəfər saxlanıldı

Narkotik çəkib maşın sürən daha 3 nəfər saxlanıldı

250
0

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək tutulublar.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi VAZ-2106, Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi “Mersedes” və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Q.Cəbiyev 1 il, Abşeron Rayon Məhkəməsinin qərarları ilə M.Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Previous articleBakıda 28 yaşlı partiya üzvü faciəvi şəkildə öldü
Next articleBakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here