Home DİN Elektron qolbaq daşıyan şəxsdən narkotik götürüldü

Elektron qolbaq daşıyan şəxsdən narkotik götürüldü

266
0

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirilib.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Kərimli kənd sakini Elşən İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada qurudulmuş marixuana aşkarlanıb. Götürülən narkotik vasitə ekspertizaya təqdim olunub və faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, E.İsmayılov ötən il də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.

Previous articleLirə çökür: Perinçək çıxış yolu təklif etdi
Next articleMEDİA və MTRŞ yeni qanun layihəsi ilə bağlı iddialara aydınlıq gətirdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here