Home Hadisə Bakıda 28 yaşlı partiya üzvü faciəvi şəkildə öldü

Bakıda 28 yaşlı partiya üzvü faciəvi şəkildə öldü

1194
0

Bakıda 28 yaşlı şəxsin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən İndigo MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, X.Təhməzov Vətəndaş Həmrəyliyi Partiyasının Cəbrayıl rayon təşkilatının üzvi olub.

Previous articleMEDİA və MTRŞ yeni qanun layihəsi ilə bağlı iddialara aydınlıq gətirdi
Next articleNarkotik çəkib maşın sürən daha 3 nəfər saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here