Home DİN Narkotiki şüşə qablara yığıb, it damında gizlətdi

Narkotiki şüşə qablara yığıb, it damında gizlətdi

112
0

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan N.Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman isə saxlanılan şəxsin narkotik vasitəni şüşə qablara yığıb, evin həyətindəki it damında gizlətdiyi müəyyən edilib.

O, ifadəsində kənar şəxslərin əlinə keçməməsi üçün narkotiki orada gizlətdiyini və vaxtaşırı istifadə etdiyini bildirib. Ümumilikdə 7 ədəd şüşə qabda olan qurudulmuş marixuana həmin yerdən götürülərək ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Previous articleBrüsseldə Paşinyan çox hiyləgər plan hazırlamışdı
Next articleBakı ilə Mahaçqala arasında birbaşa reyslər açılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here