Home Təhsil Koronavirusa görə bağlanan iki məktəbdə əyani dərslər bərpa olundu

Koronavirusa görə bağlanan iki məktəbdə əyani dərslər bərpa olundu

810
0

Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. 

Sosialxəbər.az bildirir ki, Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Previous articleAzərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın doğum günüdür
Next articleNazir hərbi obyektlərin açılışında – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here