Home DİN Yaşayış yerlərini tərk edən korona xəstələri saxlanıldı

Yaşayış yerlərini tərk edən korona xəstələri saxlanıldı

257
0

Hacıqabul və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Hacıqabul rayon sakini Mütəllim Allahveridiyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini Vüsal İsmayılzadə karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Previous articleRusiya Ankara ilə İrəvan arasında vasitəçilik edib
Next articleMaaşından pul tutulan vətəndaşların nəzərinə! – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here