Home Qarabağ Qarabağda kənd təsərrüfatının strateji inkişaf planı açıqlandı

Qarabağda kənd təsərrüfatının strateji inkişaf planı açıqlandı

141
0

Azərbaycanın azad edilmiş ərazilərinin kənd təsərrüfatı sahəsində strateji inkişaf planı, ilk növbədə vətəndaşların doğma torpaqlarına tezliklə qayıtmasını nəzərdə tutur.

Sosialxəbər.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, mərkəzin planlaşdırdığı bütün layihələr kənd təsərrüfatı sahəsi üzrə xidmətlərin təmin olunması və fermerlərin heyvandarlıqla məşğul olması üçün şəraitin yaradılması ilə bağlıdır:

“Bütün bu işlər artıq planlaşdırılıb və onların reallaşdırılması əhalinin azad edilmiş ərazilərə qayıtması ilə birgə tədricən həyata keçiriləcək. Bundan başqa, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə iqtisadiyyatın innovativ texnologiyalara əsaslanması barədə qərar verib.

Mərkəz direktoru, həmçinin qeyd edib ki, bütün işlər “ağıllı” kənd təsərrüfatı modeli üzrə reallaşdırılacaq:

“Bu model iqtisadi baxımdan ənənəvi modeldən daha səmərəlidir. Ona görə də bütün inkişaf mexanizm və alətləri sırf innovasiya və texnologiyalara əsaslanacaq”.

Previous articleMaaşından pul tutulan vətəndaşların nəzərinə! – Video
Next articleBakının bu hissəsində su olmayacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here