Home QHT Gənclər təşkilatı Narkomaniyaya qarşı tədbirlərinə yekun vurdu

Gənclər təşkilatı Narkomaniyaya qarşı tədbirlərinə yekun vurdu

299
0

Sosialxəbər.az xəbər verir ki, “ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər fondunun maliyə dəstəyi ilə “Narkomaniya insanlığın faciəsidir” adlı son layihəsini 14 dekabr 2021- ci il tarixində Şirvan şəhərində keçirmişdir. Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində kecirilən tədbiri giriş sözü ilə RİH – in məsul işçisi Rəfael Nəsirov açaraq mövzunun əhəmiyyəti haqqında qısa məlumat verdi.

Sonra narkotilərin açı nəticələrindən bəhs edən Vide- çarx nümayış etdirildi. Təşkilatın nümayəndəsi Tələt Qəribov, rayon xəstəxanasının həkimi Dilavər Qurbanov, rayon Ağsaqqallar şurasının sədri Fəxrəddin Rəhimov, Kollecin tərbiyə işləri üzrə müavini Aidə Əsədova çıxış edərək narkotiklərin fəsadları haqqında, onun ailədaxili cinayətlərin yaranmasının, ailələrin dağılmasının əsas səbəbkarı olduğunu qeyd etdilər.

Sonda tələbələrin bu mövzu üzrə təklifləri dinlənildi.

Previous articleHər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib – Əliyev
Next articleBrüsseldə Paşinyan çox hiyləgər plan hazırlamışdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here