Home Sağlamlıq Dərmandan zəhərləndi, həkim səhlənkarlığından öldü

Dərmandan zəhərləndi, həkim səhlənkarlığından öldü

500
0

Astara Rayon Mərkəzi Xəstəxanasında qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 10-da rayonun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın dərman zəhərlənməsi diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasında daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Elnarə Əliyevaya göstərilən tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Previous articlePaşinyan Brüssel görüşündən danışdı: Razılığı təsdiqlədik
Next articleHər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib – Əliyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here