Home Qarabağ Əliyev Brüsseldən Moskvaya mesaj verdi

Əliyev Brüsseldən Moskvaya mesaj verdi

120
0

İlham Əliyev Brüsseldə (NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında – red.) Zəngəzur dəhlizi ilə bağlı şərtini açıqladı:

– Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır… Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır.

Əvvəldən yazdığımız məsələ bu idi: Bakı “dəhliz-dəhliz” siyasətindən strateji məqsəd üçün istifadə edir və hər iki halda qazanclı çıxır.

Zəngəzur dəhlizində Ermənistanın gömrük postunun qurulması Azərbaycana Laçın dəhlizində eyni addım atmasına imkan yarada bilər: 10 noyabr razılaşmasında Laçın dəhlizində, o cümlədən Naxçıvana açılacaq yolun təhlükəsizliyinin rus hərbçiləri tərəfindən qorunacağı qeyd olunur; əgər rus hərbçilərinin olduğu Zəngəzur dəhlizində erməni postu olacaqsa, Azərbaycan eyni məntiqdən çıxış edərək, Laçın dəhlizinə post qurmaq tələbini irəli sürə bilər.

Prezident bu şərti açıqladı. Bu, Bakının strateji gedişidir. Və burada əsas güc rusların üzərinə düşür. Moskva İrəvanı 10 noyabr razılaşmasını icra etməyə – Zəngəzur dəhlizinin açılmasına məcbur etməlidir, ya da Azərbaycan Laçın dəhlizinə eyni məqsədlə post quracaq. Hər iki halda qazanacaq.

Əliyevin bu şərti Avropadan açıqlaması da Moskvaya “üzərinizə düşəni edin” mesajıdır.

Previous articleMilli Məclisin iclası başladı
Next articleRusiya Ankara ilə İrəvan arasında vasitəçilik edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here