Home Hadisə Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib

Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib

1211
0

Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib.

Sosialxəbər.az  xəbər verir ki, hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb. Belə ki, Sabirabad rayonunun Balvar kənd sakini 29 yaşlı Məmmədkərim Kərim oğlu Dərgahlı Padarqışlaq kəndinə qonaq gəlib. Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb. Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous articleKoronavirus xəstələri ictimai yerlərdə aşkar ediliblər
Next articleÜlviyyə Mahmudova və müğənnilər “Soyuq əllər, isti ürək”də

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here