Home DİN Koronavirus xəstələri ictimai yerlərdə aşkar ediliblər

Koronavirus xəstələri ictimai yerlərdə aşkar ediliblər

78
0

Dekabrın 13-də polis əməkdaşları tərəfindən respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı ünvana qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən iki nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Previous articleGoranboyda zəhərlənmə faktı qeydə alınıb
Next articleSabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here