Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

568
0

Şəhid Hacıyev Elmaz Elmar oğlu 09 .05.1994- ci ildə Şamaxı rayonu ikinci Caylı kəndində anadan olub.İlk öncə Şamaxıda,daha sonra isə Yasamal rayonu 37- nömrəli məktəbdə təhsilini başa vurub.Orta təhsilini bitirəndən sonra hərbi xidmətə çağırılıb.Tərtər rayonunda xidmət edib.Hərbi vəzifəsi kəşfiyyatçı və rabitəçi olub.2013- ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayıb.2017- ci ildə ailə həyatı qurub,iki övladı var.2020- ci ildə könüllü olaraq ikinci Qarabağ müharibəsinə yollanıb.Torpaqlarımız uğrunda qəhrəmancasına döyüşüb.Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb.28 gün neytral ərazidə qalıb,sonra isə nəşi götürülüb ailəsinə təhvil verilib.02.12.2020- ci ildə Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən”Vətən uğrunda” medalı təltif olunub.

Azərbaycan Respublikasının Şəhidi Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin nümayəndəsi Məmmədova Günel. Təşklatın kordinatoru İbrahimova Samirə

Previous article8 nəfərin zəhərləndiyi dönərxana bağlandı
Next articleQovuşmaq sevinci!- Mətanət Əsgərqızı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here