Home Hadisə Gəncə şəhərində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

Gəncə şəhərində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

1107
0

Gəncə şəhərində itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub. 

Sosialxəbər.az bildirir ki, Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd Azad oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, atası, ruhi əsəb xəstəsi, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi barədə məlumat verib. 

Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşların apardığı birgə əməliyyat tədbirləri nəticəsində itkin düşən şəxsin cəsədi yaşadığı evin həyətində tapılıb.

Davam etdirilən istintaq əməliyyat tədbirləri nəticəsində A.Məmmədovun oğlu – 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən boğularaq öldürüldüyü və evin həyətində basdırılması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Previous articleNeft yeni həftəyə bu qiymətlə başladı
Next articleFaciəvi şəkildə ölən azərbaycanlı gəncə mahnı həsr etdi – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here