Home Hadisə 8 nəfərin zəhərləndiyi dönərxana bağlandı

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı

1388
0

Bakıda 8 nəfərin zəhərləndiyi iddia edilən “Dönər market” dönər evinin fəaliyyəti dayandırılıb.

Sosialxəbər.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gəlib. “Dönər market” in fəaliyyəti tam dayandırılıb, ərazi lentlənib.

Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.

Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında, “28 Mall” Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.

Previous articleİlham Əliyev futbolçularımızla görüşdü
Next articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here