Home QHT Yeni Qanundan gözləntilərimiz- Mətanət Əsgərqızı

Yeni Qanundan gözləntilərimiz- Mətanət Əsgərqızı

283
0

1999- cu il dekabrın 7-də ulu öndər Heydər Əliyev tərəfindən 10 fəsildən ibarət qəbul edilmiş Kütləvi informasiya vasitələri haqqında Qanunun imzalanmasından 12 il ötür.Həmin dövrdən artıq istər ölkədə, istər mətbuatda, ümumiyyətlə cəmiyyətdə o qədər dəyişikliklər baş verib ki, Qanuna yenidən baxılması, əlavələr edilməsi zərurəti yaranıb.

Bu Qanunun yenilənməsindən böyük gözləntilərimiz var. Hər sahədə yeniliklər olduğu kimi, jurnalistikada, mətbuatda mütləq dəyişikliklər baş verməlidir.Yeni qəbul olunacaq Qanunla bağlı artıq media nümayəndələri arasında qızğın mübahisələr gedir.Ola bilər, çoxu jurnalistikanın sıradan sənət olduğunu, artıq hörmətdən düşdüyünü fikirləşir.


Lakin elə cəmiyyətin yaralarının sağalmasında, sarılmasında medianın böyük yükü var.Məncə qanunda dəyişkənlik edərkən, tələskənliyə yol vermək olmaz. İlk növbədə peşəkarlıq öndə olmalıdır.Təzə yaranan Medianın İnkişafı Agentliyi də vəsiqələr verilərkən peşəkarlara üstünlük veməlidir.Həmin şəxslər ciddi araşdırılmalıdır. Hər adam jurnalist vəsiqəsi daşımamalıdır.Bu günlərdə mən qanun layihəsi ilə bağlı bir qrup jurnalistin müzakirədə iştirak etdiyini gördüm.Yaxşı olar ki, belə müzakirələr 20-30 nəfərlə deyil, daha böyük auditoriyada təmin olunsun.

Gözləyək, əsası bu Qanunla mediamız peşəkarlıqdan uzaq, orta təhsili belə yarıtmaz olan, cümlə yaza bilməyən, jurnalist adına xələl gətirən insanlardan təmizlənsin.

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı

Previous articleYevlax rayonunda şəhidlər xiyabanına ziyarət təşkil olundu
Next articleŞuşanın girişində düşmən pusqusu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here