Home Qarabağ Ermənilər sülh əvəzinə qılınc istəyir – İsrailli ekspert

Ermənilər sülh əvəzinə qılınc istəyir – İsrailli ekspert

268
0

Nikol Paşinyanın “günahsız” təbəssümü fonunda Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribat törədir, nəticədə Azərbaycan əsgəri həlak olur. Buna bir cür qiymət vermək olar – ermənilər sülh əvəzinə “qılınc” istəyir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında məşhur israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixael Finkel bildirib.

“O hələ Brüsseldə də gülümsəyəcək. Guya onun heç nədən xəbəri yoxdur. Sülh şəraitində birgə yaşayışla bağlı müzakirələr zamanı ermənilər təxribatlar törədirlər. Əslində Paşinyan içindəkiləri nə qədər gizlətməyə çalışsa da, hər şey açıq-aydın görünür. O və bütün Ermənistan sülh istəmir. Hazırda da Azərbaycanın Ermənistanla sərhədində baş verənlər bunun bariz nümunəsidir. Buradan bir neçə nəticə çıxarmaq olar:

1. Ermənistanda nifrət və azərbaycanafobiya pik həddədir

2. Ermənistan özünü normal dövlət kimi yox, terrorçu kimi aparır.

Atəşkəs bir il bundan əvvəl imzalansa da, Ermənistan tərəfinin təxribatları nəticəsində insanlar hələ də həlak olur, günahsız azərbaycanlıların qanı tökülür. Təəssüf ki, mən Ermənistanın davranışının öhdəliklərinə görə məsuliyyət daşıyan adekvat dövlətə uyğun olmadığını qeyd etməyə məcburam. Bu təxribatla Ermənistan öz-özünə hökm oxudu”, – deyə müsahibimiz qeyd edib.

Previous articleSabahkı mühüm görüşdə Bakını o təmsil edəcək
Next articleDaha 5 korona xəstəsinə cinayət işi açıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here