Home Hərbi Daha 4 qazi YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib

Daha 4 qazi YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib

1335
0

Ağır yaralanan daha 4 qazi YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Sosialxəbər.az bildirir ki, Fonddan Axar.az-a verilən məlumata görə, qazilər Seymur Cavanşir oğlu Aliyev, Həşim Əzim oğlu Həşimov, Şəmşir Bəxtiyar oğlu Həziyev və Əli Musa oğlu Cəfərlinin müayinə, müalicə və reabilitasiya prosesi həkimlərin rəyi nəzərə alınaraq Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 154 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 117-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Previous articleErmənistan minaların dəqiq xəritələrini vermir – Ombudsman
Next articleBakıda ər hamilə arvadını bıçaqladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here