Home Qarabağ Ağdamda İmarət stadionunun yeri dəyişdirildi

Ağdamda İmarət stadionunun yeri dəyişdirildi

120
0

Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda burada layihələndirmə işləri gedir:

“Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”.

Previous articleAğdamda İçərişəhər tipli tarixi-mədəni hissə yaradılır
Next article6 il öncə itki düşən neftçinin qalıqları tapılıb? – Rəsmi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here