Home Hadisə 6 il öncə itki düşən neftçinin qalıqları tapılıb? – Rəsmi

6 il öncə itki düşən neftçinin qalıqları tapılıb? – Rəsmi

1083
0

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Bəhmən Cəfərova aid olduğu qalıqların tapıldığı ehtimal olunur.

Sosialxəbər.az xəbər verir ki, bunu Report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, SOCAR bu məsələ ilə bağlı Su Nəqliyyatında Polis İdarəsi ilə daim əlaqədədir: “Bizə verilən son məlumata görə bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal olunur və buna görə onun oğlu da ekspertizaya cəlb olunub”.

İ.Əhmədov bildirib ki, lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb.

Qeyd edək ki, 2015-ci ildə Xəzər dənizində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Previous articleAğdamda İmarət stadionunun yeri dəyişdirildi
Next article“Azəristiliy”in baş mühasibi koronaya yoluxdu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here