Home Qarabağ Azad edilmiş ərazilərdə qoruqlar birləşdirilə bilər

Azad edilmiş ərazilərdə qoruqlar birləşdirilə bilər

230
0

İşğaldan azad edilmiş ərazilərdə 4 yasaqlığın və iki qoruğun statusunun dəyişdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin planları var.

Sosialxəbər.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

Onun sözlərinə görə, planların həyata keçirilməsində məqsəd uzun illər düşmən tapdağı altında olan ərazilərə vətəndaşların gedilməsini asanlaşdırmaqdır:

“Həmin ərazilərin daha əlçatan olması üçün qoruqların, yasaqlıqların birləşdirilməsi gündəmdədir. Bu da ondan irəli gəlir ki, həmin ərazilər barəsində vətəndaşlar daha məlumatlı olsunlar. İşğaldan azad edilmiş ərazilərdə müşahidə edilən flora və fauna bu gün digər milli parklarda və qoruqlarda nadir hallarda var”.

Qeyd edək ki, seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu tərəfindən təşkil olunub.

FAO-nun Azərbaycan Nümayəndəliyinin rəsmisi Bariz Mehdiyevin sözlərinə görə, FAO-nun Azərbaycan nümayəndəliyi ölkədəki fəaliyyətini Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir:

“FAO-nun Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini BMT-nin Davamlı İnkişaf üzrə Çərçivə proqramı üzrə qurur. Həmin proqram üzrə qeyd edilən prioritetlər Azərbaycanın uzunmüddətli strateji prioritetləri ilə uyğunlaşdırılır. Bu istiqamətdə müvafiq dövlət qurumları ilə layihərlə bağlı ideyalar hazırlanır. Bundan sonra da layihələrin icrasına başlanılır. Bugünkü tədbirdə həmin layihələrdən biridir. Layihənin həyata keçirilməsində məqsəd biomüxtəliflik sahəsində dayanıqlı inkişafı təmin etməkdir”.

Xatırladaq ki, layihənin həyata keçirilməsində bir sıra komponentlər müəyyən edilib. Layihə biomüxtəlifliyin qorunmasında landşaft yanaşmasını dəstəkləmək üçün siyasət , tənzimlənmə və qərar qəbuletmə çərçivəsini gücləndirəcək. Bundan əlavə, layihə innovativ strategiya və alətlərdən istifadə etməklə xüsusi mühafizə olunan ərazilər sistemin idarə edilməsini və uğurlu tətbiqini yaxşılaşdıracaq.

Azərbaycanın xüsusi mühafizə idarəsinin əraziləri sistemi hazırda ölkənin 10,3 %-ini əhatə edir və 10 dövlət təbiət qoruğu, 10 Milli Park və 23 Dövlət Təbiət Yasaqlığını əhatə edir.

Previous articleİran, Azərbaycan və Gürcüstan bununla bağlı razılığa gəldi
Next articleBakı İrəvana qarşı yeni iddialar qaldıracaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here