Home QHT Seyid Zaminin “Şahtaxtı” kitabının TƏQDİMATI KEÇİRİLİB

Seyid Zaminin “Şahtaxtı” kitabının TƏQDİMATI KEÇİRİLİB

344
0

Bakı Gənclər Mərkəzində  Seyid Zamin Mir Nəzir oğlunun “Şahtaxtı”, “Bulaqlar”, “Gör nələr keçir könlümdən”, “Bir səs haray çəkir yuxularımda” adlı kitablarının təqdimatı keçirilib.

Sosialxəbər.az xəbər verir ki, təqdimatda   elm  adamları,  ictimai  xadimlər,  ziyalı və jurnalistlər iştirak ediblər. 

Tədbirin aparıcısı  Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan, Seyid Zamin Mir Nəzir oğlunun həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra Seyid Zamin Mir Nəzir oğlu   öz həyat və yaradıcılığı barədə və kitab haqqında  danışıb:

“Azərbaycanın tərkib hissəsi olan, Ulu öndərimiz Heydər Əliyevin ana vətəni Naxçıvanın tarixnin formalaşmasında, mədəniyyətin, elmin və ictimai-siyasi fikirlərin tərəqqisində Günəş altında parlayan Kəngərli rayonu Şahtaxtı kəndinin əvəsiz rolu olmuşdur. Qədim Şahtaxtı kəndində dünyaya göz açmış Şahtaxtinskilər, Kəngərlilər, Rəsizadələr, Əliyevlər, Seyidovlar, Quliyevlər və digər nəsillərin nümayəndələri Azərbaycanın Şanlı tarixində silinməz izlər qoymuşlar. Qədim tarixi ilə yaddaşlara həkk olan Şahtaxtı kəndi öz görkəmli şəxsiyyətləri ilə daim tanınmışdır. Bunların arasında  50 nəfərdən çox elmlər doktorları,  akademiklər, professorlarla yanaşı elmlər namizədləri, 6  Sosialist Əməyi Qəhrəmanı, 4  general, 19  polkovnik, xalq yazıçısı, şair-  dramaturq, mədəniyyət- incəsənət xadimləri və bir çox peşə adamları vardır. Şahtaxtı kəndi 200 ildən çoxdur ki, öz tanınmış şəxsiyyətləri ilə dünyanı heyrətdə qoymuşdur.

Bunlardan akademik Zərifə Əliyeva, akademik Əziz Əliyev, akademik Toğrul Şahtaxtinski, akademik Həbibulla Şahtaxtinski, akademik Firidun Məmmədov, görkəmli publisist, şərqşünas, ictimai xadim Məmməd ağa  Şahtaxtinski, görkəmli diplomat Behbud bəy Şahtaxtinski, görkəmli dramaturq, şair və filosof Hüseyn Cavid, xalq yazıçısı Hüseyn İbrahimov və bir çox başqalarını göstərmək olar. Böyük oxucu auditoriyasına təqdim olunan bu kitabda  Şahtaxtı kəndinin tarixini toponimlərini əks etdirən rəvayətlər və həqiqətlər, kənddə yaşayan tayfalar və nəsillər, adət və ənənələr, sovetlər birliyi dövründə kənddə kolxoz quruculuğu, dəmiryolları və avtomobil yolları kommunikasiyası və enerji sisteminin yaradılması haqqında geniş, hərtərəfli sənədli məlumatlar verilmişdir”

Aqrar Elmin İnkişafına Dəstək Birliyinin rəhbəri  Mirələkbər kitab haqqında öz təəssüratlarını bölüşüb: 

“Çox sevindirici haldır ki, şahtaxtılıların hər biri, o cümlədən qohmlarım da olmaqla bu gözəl təqdimata yığışmışıq. Zamin bəyə təşəkkürlərimi bildirir, ona uğurlar arzulayıram”

“YURD” ədəbi bədii jurnalının baş redaktoru,  şair, AYB-nin üzvü, prezident təqaüdçüsü Balayar Sadiq   ” Bu gün təkcə Naxçıvan torpağında yox, bütün azərbaycanlılar üçün toy-bayramdır. Sizlər onu tarixçilik fəaliyyətini   qeyd etdiniz, o mənim üçün ilk növbədə şairdi, öz yurdunu, vətənini sevən şairdi. Seyid Zaminin ədəbiyyata gətirdiyi, ən önəmli, ədəbi-bədii dəyərlərindən biri,  onun  bütöv Azərbaycan haqqında yazdığı şeirləridir”-deyə bildirib.

Fizika və riyaziyyat elmləri namizədi, dosent Hüseyn Cəfərli çıxışında ” Hər kəsi salamlayır və təşəkkürlərimi bildirirəm.  Zamin müəllimi  bizim “Şahtaxtı xeyriyyə” cəmiyyətinin adından  da təbrik edirəm. “Şahtaxtı xeyriyyə” cəmiyyətinin bir üzvü kimi hesab edirəm ki, Zamin müəllimin yaradıcılığı həqiqətən də Şahtaxtı camaatı və xeyriyyə cəmiyyəti üçün bir  tövhədir”- deyə bildirib.

Tədbir təşkilatçılarından biri olan  Dünya Yazıçılar Birliyinin üzvü, həkim-narkoloq  Asif Kəngərli çıxışında- ”   Seyid Zaminin bu əsərinə elmlər doktoru adı verilə bilər”-deyə söyləyib.

Ziyalı Azər Sarıyev çıxışında ” Zamin müəllimi təxminən 13 ildir ki, tanıyıram və tanıdığım müddətdən etibarən, 10 ildən çoxdur  ki, bu kitab üzərində işləyir. İnsan ki, övladının üzərində necə ki, əsir, necə ki,  qollarını gərir, Zamin müəllim də o şəkildə gecəsini gündüzünə qatıb işləyirdi”-deyə söyləyib.

Tahir Süleymanov çıxışında ” Zamin müəllim məndən 5 yaş böyük olsa da,   körpəliyimizdən o qədər birlikdə quzu otarmışıq. Kənd uşağıyıq. Hər halda o quzuya getməybsə, çölə getməyibsə o hissləri həmən o kitabda da bildirə bilməzdi. Kitab həqiqətən çox gözəldir. Söz tapa bilmirəm. Zamin müəllimə uğurlar arzulayıram.”-deyə söyləyib.

Daha sonra Bakı uşaq və gənclər teatırnın  gənc aktyor və aktrisaları  Seyid Zaminin yazdığı bir neçə şeiri səsləndirib.

Tədbirin sonunda iştirakçılara “Şahtaxtı”, “Bulaqlar”, “Gör nələr keçir könlümdən”, “Bir səs haray çəkir yuxularımda” adlı kitabları hədiyyə edilib.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin Qadınlar Şurasının sədri Nəcibə Ağamalıyeva

Previous articleTanınmış alim koronadan vəfat etdi
Next article“Brüssel tamaşası” hazırlanır: Bakı dözməyəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here