Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

268
0

Şəhid Elçin Mansurov Elşən oğlu 1984 – cü il noyabrın 25- də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən ” Aviaşəhərcik ” adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub.Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.İlk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 N- li məktəbdə alıb .Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 N – li orta məktəb də təhsilini davam etdirmişdi.8- ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub .2003- cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Məktəbinə qəbul olub .Şəhid baş Leytenant Fərid Əhmədov ilə kursant yoldaşı olub.2007- ci ildə Ali Hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.Elçin Mansurov təkmilləşdirilmə kursunu keçdikdən sonra 2007- ci ilin iyul ayında Tovuzda yerləşən ” N” saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb.2009- cu ildə Goranboyda yerləşən ” N ” saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib.13 illik hərbi xidmət müddətində Tovuz, Murovdağ,və Füzulidə yerləşən ” N” saylı hərbi hissədə xidmət edib.Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub.Elçin Mansurov qüsursuz xidmətinə görə general- mayor Mais Bərxudarov və digər zabitlər tərəfindən Fəxri Fərman və Təşəkkürnamələrlə təltif edilib.2016- ci il aprelin 1- dən 2- nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl- Fizuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır.Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elçin Mansurov döyüşlərdə yaxından döyüşmüşdür.Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər ,strateji nöqtələr,o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.Həmin döyüşlərdə Ermənistan Ordusunun yenilməz Ohanyan xətti olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.Həmin döyüşlərdən 2 il sonra Elçin Mansurov 2- ci dərəcəli ” Qüsursuz xidmətə görə “medalı ilə təltif edildi.Elçin Mansurov 2020- ci ilin yay aylarında ” mayor ” rütbəsi verilib .2020- ci il sentyabrın 27- də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur,nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlanması barədə qərar verilmişdir.Azərbaycan Ordusun mayoru olan Elçin Mansurov 3 il idiki Füzuli rayonunda ,təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədi ilə ziyarət edirdi.Həmin gün saat 08:30 radələrində 25 nəfərə qədər olan Elçin Mansurovun qrupu təmas xəttini ilk yaran qruplardan biri oldu.45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşdi və Ermənistan Ordusunun iki tağımı darmadağın edildi və əvvəlcə 3 sonra 2 xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi. Mansurov həmin yüksəkliklərdə yaralansada ,12 yaralını döyüş meydanından çıxara bildi.Elçin Mansurov 27 sentyabr 2020- ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə Buğra dərəsi adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində şəhid oldu.Uzun müddət tapılmayan nəşi 10 oktyabr 2020- ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün İkinci Şəhidlər Xiyabanında torpağa tapşırıldı.Göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyev 09.12.2020- ci il tarixli Sərəncamına əsasən ölümündən sonra ” Vətən Müharibəsi Qəhrəmanı “adı verildi.Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12 2020 – ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ” Vətən uğrunda” medalı ilə təltif edildi .Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və sücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020- ci il Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra ” Xocavəndin azad olunmasına görə ” medalı ilə təltif edildi . Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyinə göstərilməsinə görə Azərbaycan Prezidenti 24 .06.2021 – ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra ” İgidliyə görə” medalı ilə təltif edildi.

Previous articleMədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri tarix muzeyində olmuşdur
Next articleXankəndidən Şuşaya qalxan düşmən məhv edildi…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here